XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Hacı Əliyev: “Bu nəticə onu deməyə əsas verir ki, biz doğru yoldayıq”
İdman 17:38 / 19.04.2023

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib. Dördqat Avropa çempionu yarış barədə təəssüratlarını bildirib: "Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışında iştirak etdik. Təbii ki, bu hazırlıqlar özünü doğrultdu. Bu nəticə onu deməyə əsas verir ki, biz doğru yoldayıq”

Hacı Əliyev açıqlamasında Paris-2024-ün onun üçün son şans olduğunu qeyd edib. "Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam. Bunun üçün çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir”, - deyə sərbəst güləşçi bildirib.


23212 oxunub

InvestAZ