XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İrəvanda qızıl medal qazanan daha bir türkiyəli idmançı qələbəsini Azərbaycana həsr etdi
İdman 16:11 / 19.04.2023

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib. Çempionatda 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör ümumilikdə 219 kq çəkini ram edərək Avropa çempionu olub. İdmançı, həmçinin 2 kiçik medal da əldə edib. Belə ki, idmançı 99 kiloqram nəticə ilə birdən qaldırmada qızıl, 120 kiloqram göstərici ilə təkanla qaldırmada bürünc medala layiq görülüb.

Təltifetmə mərasimindən sonra Nuray Güngör "TRT Spor Yıldız” telekanalına açıqlamasında bayraq qalmaqalına görə İrəvanı yarışmamış tərk etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib: "Onlar heç də pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq”.

Daha əvvəl 45 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildirmişdilər.


22196 oxunub

InvestAZ