İdman 13:28 / 19.04.2023
Aprelin 30-dan mayın 14-dək Özbəkistanın paytaxtı Daşkənddəkişilər arasında keçiriləcək boks üzrədünya çempionatının mükafat fondu açıqlanıb. Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəsmi saytında yer alan xəbərəgörəmedalçılar üçün ümumilikdə5,2 milyon dollar məbləğ ayrılıb. Bildirilib ki, mundialda çıxış edəcək boksçular arasında yeddi dünya çempionu da olacaq. Onlardan biri isəAzərbaycan millisinin üzvü Alfonso Domingesdir.
Dünya çempionatının qaliblərinin hər birinə200 min dollar veriləcək. İkinci yeri tutanlar 100 min, bürünc medal qazananlar isə50 min dollarlıq gəlirəldəedəcəklər. Boksçular ümumilikdə13 çəki dərəcəsindəmübarizəaparacaqlar.
Qeyd edək ki, Alfonso Dominges 2021-ci ildəSerbiyanın paytaxtı Belqradda dünya çempionu olub. 28 yaşlı boksçu Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.