XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ACF kuboku yarışlarına yekun vuruldu
İdman 12:30 / 19.04.2023

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 18 yaşadək yeniyetmə oğlanlar arasında keçirilən ACF kuboku yarışlarına yekun vurulub. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 203 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Turnirin ilk günündə 50, 60, 73, 90, ertəsi gün 55, 66, 81 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın əsas məqsədi mayın 6-7-də Göygöldə keçiriləcək yeniyetmələr arasında Avropa kuboku yarışlarına seçim etmək, eyni zamanda yeniyetmə cüdoçuların yarış təcrübəsinin artırmaq, idmanın bu növünün kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nəcəf Nəsrullayev (50 kq), Məhəmməd Məmişov (55 kq), Nadir İmanov (60 kq), Cəsur İbadlı (66 kq), Məmməd Əzizbəyov (73 kq), Zeynəlabdin Xudaverdiyev (81 kq), Ömər Abbasov (90 kq) və Ceyhun Dadaşov (90 kq-dan yuxarı) qızıl medal qazanıblar.


24036 oxunub

InvestAZ