XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən veloyürüş keçiriləcək
İdman 11:22 / 19.04.2023

Aprelin 23-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən veloyürüş keçiriləcək. Dənizkənarı Milli Parkın ərazisində yerləşən "Dəniz Mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından saat 11:00-da start götürəcək veloyürüşə yalnız Vətən müharibəsi iştirakçıları və qazilər qatılacaqlar.

İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vuracaqlar.

Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan Vətən müharibəsi iştirakçılarını və qaziləri tədbirə qatılmağa dəvət edir.




20895 oxunub

InvestAZ