XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: Bu gün son yarımfinalçıların adlarına aydınlıq gələcək
İdman 10:53 / 19.04.2023

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin oyunlarına yekun vurulacaq. Təşkil olunacaq iki oyunla son yarımfinalçılar müəyyənləşəcək. Gecənin maraqla gözlənilən oyunu Münhendə baş tutacaq. İlk oyunda "Mançester Siti”yə üç cavabsız qolla məğlub olan "Bavariya” "Alians Arena”da bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Günün digər oyununda isə İtaliyanın "İnter” komandası doğma meydanda Portuqaliyanın "Benfika” klubu ilə qarşılaşacaq. İlk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan "apenninlilər” bu üstünlüyünü qorumağa çalışacaqlar.

Qeyd edək ki, ötən gün keçirilən iki oyunla İspaniyanın "Real” və İtaliyanın "Milan” komandaları yarımfinala vəsiqə qazanıblar.


21763 oxunub

InvestAZ