XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sərbəst güləşçimiz Avropa çempionu oldu
İdman 21:23 / 18.04.2023

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Yarışda iştirak edən Azərbaycan millisi ilk medalını qazanıb. Komandamıza medalı turnirdə 57 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Əliabbas Rzazadə qazandırıb. Təmsilçimiz ilk görüşdə almaniyalı Horst Leri təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə türk Süleyman Atlıyla üz-üzə gəlib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə Avropa çempionu olub.


21650 oxunub

InvestAZ