XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: Pəhləvanlarımızdan daha bir medal
İdman 23:54 / 18.04.2023

Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatı davam edir. Yarışların ikinci günündə sərbəst güləş üzrə millimiz növbəti medalını qazanıb. Bürünc medala 97 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Maqomedxan Maqomedov sahib çıxıb. Pəhləvanımız səkkizdəbir finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz dörddəbir finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. M.Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Avropa çempionumuz yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Güləşçimiz titul uğrunda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb. Rəqibinə 3:4 hesabı ilə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl digər güləşçilərimiz Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionatında qızıl medal qazanıblar.


21511 oxunub

InvestAZ