XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: Bu gün qadın güləşçilərimiz xalça üzərinə çıxacaqlar
İdman 10:14 / 19.04.2023

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycanın üç qadın güləşçisi xalça üzərinə çıxacaq. Titullu güləşçimiz Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhanla üz-üzə gələcək. Elnurə Məmmədova (55 kq) litvalı Laura Stanelite, Alyona Kolesnik (59 kq) isə Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda görüşə çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. Cəbrayıl Qadjiyev (74 kq) təsəlliverici qarşılaşmada türk Soner Demirtaşla, Abubakr Abakarov (86 kq) Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək. Georgi Meşvildişvili (125 kq) bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə ediblər.


22910 oxunub

InvestAZ