XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



PFL-in prezidenti Avropa Peşəkar Futbol Liqalarının Baş Assambleyasında iştirak edəcək
İdman 17:53 / 18.04.2023

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çexiyaya səfər ediblər. PFL rəsmiləri Praqada keçiriləcək Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı Baş Assambleyasında iştirak edəcəklər. Mötəbər tədbirə APFL tərəfindən dəvət olunan Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndələri burada bir sıra görüşlər də keçirəcəklər.

Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Peşəkar Futbol Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür.


24582 oxunub

InvestAZ