XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
İdman 15:37 / 18.04.2023

Lənkəran şəhərində Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kross qaçışı üzrə Azərbaycan yaz çempionatı keçirilib. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən tədbirin rəsmi hissəsində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bölgələrdə kütləvi idman yarışlarının təşkil olunmasının gənc nəslin sağlam ruhda böyüməsi baxımından xüsusi önəmə sahib olduğunu deyib. Bildirib ki, ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov çıxışında qeyd edib ki, "Heydər Əliyev İli” çərçivəsində keçirilən kütləvi idman tədbiri gənclərin idmana olan marağının daha da artmasına xidmət edəcək. Federasiya prezidenti deyib ki, təşkil olunan yarışlar idmançıların dərəcələrini daha da artırması, beynəlxalq yarışlarda iştiraka vəsiqə qazanması və bütövlükdə bölgələrdə idmanın inkişafı və gənclərin idmana təşviqi baxımından böyük əhəmiyyət kəsb edir.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva da çıxışında yarış iştirakçılarına uğurlar diləyib.

Dövlət Himninin səslənməsindən sonra çempionata start verilib. Yarışda 11 komanda (Bakı, Naxçıvan, Gəncə, Bərdə, İsmayıllı, Xızı, Lənkəran, Astara, "Təhsil – RİM”, "Təhsil 1” və "Təhsil 5”), ümumilikdə 170 idmançı iştirak edib.

Qaliblər medal, hədiyyə və pul mükafatları ilə təltif olunublar.


24396 oxunub

InvestAZ