XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



90-a yaxın yerli media nümayəndəsi akkreditasiya keçib
İdman 13:34 / 18.04.2023

Aprelin 18-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.

Seminarda 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi haqqında ümumi məlumat verilib, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi haqqında danışılıb.

Qeyd olunub ki, ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya üçün müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran-Prisi daxil olmaqla, bütövlükdə 2023-cü il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.

Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-də keçiriləcək.Yarış çərçivəsində Bakıda ilk dəfə sprint yürüşü təşkil olunacaq.


22219 oxunub

InvestAZ