XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Argentina dünya çempionatına ev sahibliyi edəcək
İdman 14:23 / 18.04.2023

Argentina 20 yaşadək futbolçular arasında növbəti dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. U-20-lər arasında mundialın əvvəlcə İndoneziyada təşkili planlaşdırılsa da, FIFA siyasi səbəbdən ev sahibliyini başqa ölkəyə tapşırmaq qərarına gəlib. Nəticədə Argentina Futbol Assosiasiyasının təqdim etdiyi ərizə təsdiqlənib.

Ali futbol qurumunun nümayəndə heyəti turnirin keçirilməsi üçün nəzərdə tutulan stadionlara baş çəkərək müsbət rəy verib.

Mayın 20-dən iyunun 11-dək təşkil olunacaq dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupa bölünəcək. Argentina millisi ev sahibi kimi İndoneziya yığmasını əvəz edəcək.

Qeyd edək ki, Argentina seçməsi FIFA Gənclər Çempionatı tarixinin ən uğurlu komandasıdır. Çünki cənubi amerikalılar altı dəfə yarışın qalibi olublar.


22570 oxunub

InvestAZ