XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Kuboku: “Qəbələ” “Səbail” qarşı
İdman 13:09 / 18.04.2023

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarına start veriləcək. İlk matçda "Qəbələ" "Səbail"i qəbul edəcək. İndiyədək bu turnirdə komandaların yolları bir dəfə kəsişib. 2017/2018 mövsümünə təsadüf edən 1/4 final qarşılaşmalarının hər ikisində qələbə qazanan əyalət təmsilçisi mərhələ adlayıb - 1:0 və 4:2.

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

Qeyd edək ki, aprelin 19-da təşkil olunacaq digər yarımfinal qarşılaşmasında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.


22947 oxunub

InvestAZ