XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Formula 1: Bolidlər 20 aftobusun yolunu dəyişdi
İdman 12:40 / 18.04.2023

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədəBakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən:

1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küçəsi ilə təşkil ediləcək;

10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç, - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küç, ilə təşkil ediləcək;

5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;

88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küçəsi (28 May m.st) olmaqla hərəkəti Dliyeva küçəsi, - R.Behbudov küçəsi ilə təşkil ediləcək;

6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küçəsi olmaqla Ş.Şamil küçəsi, Lermontov küçəsi, B.Sərdarov küçəsi ilə təşkil ediləcək;

53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;

61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küçəsi - Ş.Bədəlbəyli küçəsi – R.Behbudov küçəsi ilə təşkil ediləcək;

65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küçəsi, - Ə.Cavad küçəsi, - Azərbaycan prospekti ilə təşkil ediləcək;

205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küçəsi daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.

E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küçəsi, A.Şaiq küç, - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Neftçilər prospekti ilə təşkil ediləcək.

6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küçəsi


25094 oxunub

InvestAZ