XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Azərbaycan çempionatının qalibi müəyyənləşə bilər
İdman 11:33 / 18.04.2023

Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının final və bürünc medal uğrunda oyunları keçiriləcək. İlk olaraq meydana bürünc medal üçün UNEC və "Murov” klubları çıxacaqlar. Bu komandaların ilk iki görüşündə "Murov” rəqibini quru hesabla məğlub edib. UNEC mübarizəni davam etdirmək üçün mütləq bu oyunda qələbə qazanmalıdır. "Murov” isə qalib gələcəyi təqdirdə ölkə birinciliyinin bürünc medalına sahib çıxacaq.

Daha sonra "Abşeron” və "Azərreyl” klubları final matçına çıxacaq. Cütün ilk iki final matçı "Azərreyl”in quru hesablı qələbəsi ilə başa çatıb. Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu dəfə də qalib gələcəyi təqdirdə çempion adını qazanacaq. Görüş "Abşeron”un qələbə isə yekunlaşarsa, əlavə qarşılaşmaya ehtiyac duyulacaq.


21542 oxunub

InvestAZ