XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: Bu gün daha beş pəhləvanımız xalça üzərinə çıxacaq
İdman 12:11 / 18.04.2023

Bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. İntiqam Vəlizadə (61 kq) ukraynalı Taras Markoviç, Cəbrayıl Qadjiyev (74 kq) avstriyalı Simon Markl, Abubakr Abakarov (86 kq) Fatih Erdin (Türkiyə) - Ruslan Valiyev (Fransa) cütünün qalibi, Osman Nurmaqomedov (92 kq) Filip Finesilver (İsrail) - Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü, Georgi Meşvildişvili (125 kq) isə Almaniya təmsilçisi Gennadi Kudinoviçlə üz-üzə gələcək.

Bu gün, həmçinin digər beş sərbəst güləşçimiz medal görüşlərinə çıxacaq. Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə), Hacı Əliyev (70 kq) Ramazan Ramazanov (Bolqarıstan), Maqomedxan Maqomedov (97 kq) Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Əli Rəhimzadə (65 kq) təsəlliverici görüşdə Coşua Finesilver, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qarşılaşmasında Axsarbek Qulayev - Hetik Çabolov cütünün qalibi ilə qarşılaşacaq.


22035 oxunub

InvestAZ