XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AIPS İrəvandakı barbar aktını kəskin şəkildə pisləyib
İdman 10:55 / 18.04.2023

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) öz qitə seksiyaları ilə birlikdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaydığı kəskin bəyanatı öz rəsmi saytlarının manşetinə çıxararaq dünyaya yayıb. Eyni zamanda 167 ölkənin milli idman jurnalistləri təşkilatına və 20 minə yaxın AIPS üzvünün elektron ünvanına göndərib.

Bəyanatda İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bayrağımıza qarşı törədilmiş barbarlıq aktı kəskin şəkildə pislənib.

Avropa İdman Mətbuatı İttifaqı (AIPS Europe) AİJA-nın bəyanatına sosial şəbəkələrdəki rəsmi səhifələrində geniş yer verməklə özü də bu hadisəni pisləyən bəyanatla çıxış edib.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) dünyanın ən qocaman və nüfuzlu jurnalist təşkilatı kimi tanınır. Gələn il yaradıldığı Paris şəhərində 100 illiyini təntənə ilə qeyd edəcək. AIPS 4 kontinentin, 167 ölkənin milli idman jurnalistləri təşkilatını öz ətrafında birləşdirir.


21748 oxunub

InvestAZ