XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Blue Planet LLC şirkəti Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edəcək
İdman 10:05 / 18.04.2023

Aprelin 17-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Blue Planet LLC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə MOK və Blue Planet LLC arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qurumlar arasındakı əməkdaşlığın tarixinə qısa nəzər salıb, Avropa Oyunları, Çimərlik oyunları və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan idmançılarının qarşısında duran vəzifələrdən danışıb.

Blue Planet LLC-nin direktoru Mehriban Axundova isə heyətin yeni üzvlərini təqdim edib. Əməkdaşlığın qarşılıqlı faydasından danışan Mehriban Axundova artıq razılaşdırlmış tərəfdaşlığın detallarının müzakirə olunduğunu bildirib. MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva isə xüsusi təqdimatla çıxış edərək, tərəflər arasındakı əməkdaşlığın detallarından bəhs edib.

MOK-un baş katibi Azər Əliyevin də iştirak etdiyi görüşdə idmanının kütləviləşdirilməsinə xidmət edən layihələr, gələcək perspektivlərə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Milli Olimpiya Komitəsi və Blue Planet LLC şirkəti 2023-2024-cü illər ərzində əməkdaşlıq etməyə, tərəfdaş qismində çıxış etməyə razılığa gəliblər.


24677 oxunub

InvestAZ