XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Üzgüçülərimizin Macarıstan sınağı uğurla yadda qaldı
İdman 16:34 / 17.04.2023

Azərbaycan üzgüçüləri Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 32 medal qazanıblar.İdmançılarımız 14 qızıl, 8 gümüş, 10 bürünc medal əldə ediblər.

Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya kimi komandaların mübarizə apardığı yarışda 18 üzgüçüdən ibarət yığmanın heyətində Məryəm Cavadova üç çempionluq, bir ikincilik qazanıb.

Həmçinin, Oqtay Hüseynov 2 qızıl, 1 gümüş, 1 bürünc, Amin Orujli 1 qızıl, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc, Xumar Mustafayeva 1 qızıl, 1 bürünc, Daniyal Muhəmməd 2 qızıl, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə 1 bürünc medal əldə ediblər.



26307 oxunub

InvestAZ