XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Qazaxıstan, Özbəkistan və Fransa milliləri ilə hazırlıq keçir
İdman 12:24 / 16.04.2023

Gənc boksçulardan ibarət Qazaxıstan, Özbəkistan və Fransa milliləri Azərbaycanda səfərdədir. Qonaqlar Bakı Boks Mərkəzində yığma komandamızla birgə təlim-məşq toplanışında iştirak edirlər. 100-dən artıq idmançının işirak etdiyi hazırlıq çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşləri də keçiriləcək. Komandalar aprelin 23-dək birgə məşq edəcəklər.

Azərbaycan yığmasının baş məşqçisi Elbrus Rzayev birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını vurğulayıb. O bildirib ki, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir. Həmçinin bu günün gənc boksçusu sabah əsas komandaya keçdikdə adaptasiya dövrü uzun çəkmir.

"Məqsədimiz təlim-məşq toplanışlarında və beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərən hər bir idmançının daha da inkişafına nail olmaqdır. İstəyirik ki, hər çəki dərəcəsində ən güclülərdən ibarət inamlı komanda formalaşdıraq. Asiyanın və dünyanın aparıcı ölkələrindən olan Qazaxıstan və Özbəkistan, həmçinin Avropada öz sözünü deməyi bacaran Fransa yığmaları ilə birgə hazırlıq növbəti yarışlarda bizə çox faydalı olacaq”, - deyə Elbrus Rzayev bildirib.


21641 oxunub

InvestAZ