XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə cüdoçular Sumqayıtda bir araya gəldilər
İdman 10:22 / 16.04.2023
Aprelin 14-15-də Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş U-15 kiçik yaşlı yeniyetmələr arasında şəhər birinciliyi keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi "Heydər Əliyev İli"nin qeyd edilməsi, cüdo idman növünün təbliği və inkişafı, idmançıların idman ustalığının artırılmasından ibarət olub. Yarışda 300-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışın qalib və mükafatçıları fəxri fərman və medalla təltif olunub, eyni zamanda Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə ediblər.


22434 oxunub

InvestAZ