XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatı üçün heyət açıqlandı
İdman 16:20 / 15.04.2023

İlin cüdo üzrə ən mötəbər yarışı olan dünya çempionatına Qətər ev sahibliyi edəcək. Mayın 7-dən 14-dək Dohada keçiriləcək çempionatda Azərbaycan cüdo üzrə milli komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar mayın 7-dən 13-dək, komanda yarışları isə may 14-da Dohada yerləşən "Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək.Komandamız qadınlar arasında fərdi yarışlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq)təmsil olunacaq.

Kişilərin mübarizəsində isəBalabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.


22268 oxunub

InvestAZ