XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılmasını qəti şəkildə pisləyib
İdman 23:02 / 15.04.2023

Avropa Ağır Atletika Federasiyası Ermənistanın paytaxtı İrəvanda atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan Bayrağının yandırılmasını qəti şəkildə pisləyib.

Bu barədə federasiya bəyanat yayıb.

Bəyanatda bildirilib: "Avropa Ağır Atletika Federasiyası son dərəcə ciddi və təəssüf doğuran bu jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir.

Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyətinə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir".

Federasiya Təşkilat Komitəsindən təcili tələb olunan əlavə tədbirlərin həyata keçirilməsini izləyəcək.

Avropa Ağır Atletika Federasiyası baş verənlərə təəssüf edib. Qeyd edilib ki, federasiya üzvləri Azərbaycan idmançıları Ermənistanı tərk edənə qədər heyət üçün bütün təhlükəsizlik şəraitinin təmin olunmasında birbaşa iştirak edib.


26353 oxunub

InvestAZ