XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldırma üzrə millimiz İrəvandan Vətənə qayıdıb
İdman 22:46 / 15.04.2023

Azərbaycanın ağırlıqqaldırma üzrə millisini Tbilisidən Bakıya gətirən təyyarə Vətənə çatıb. İrəvandan avtobusla qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtından Azərbaycana yola salınıblar. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hadisə ilə əlaqədar olaraq ağırlıqqaldırma millimiz yarışda iştirakından imtina edib və onun İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib.

Təxribatla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.

Həmçinin idman mediasının nümayəndələri İrəvanda ölkəmizə qarşı törədilən təxribatı sərt qınayıblar. Bu hadisə ilə bağlı Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi Beynəlxalq Atletika Federasiyasına və Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasına bəyanat göndərib.



23879 oxunub

InvestAZ