XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşa və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altuna
İdman 14:10 / 16.04.2023
Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşa və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altuna
 
Əziz Cansu və Qamze,

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik.

Hörmətlə,


İlham Əliyev və Mehriban Əliyeva

Bakı şəhəri, 16 aprel 2023-cü il





27926 oxunub

InvestAZ