XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda təşkil olunacaq Avropa çempionatının şüarı açıqlandı
İdman 11:08 / 13.04.2023

Mayın 17-21-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının şüarı açıqlanıb. Çempionat "Ulduz kimi parla” şüarı altında keçiriləcək. Daha əvvəl qitə birinciliyinin posteri ictimaiyyətə təqdim olunmuşdu.Posterdə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın üzvləri yer alıblar.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq.Paytaxtımız buna qədər 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.



22163 oxunub

InvestAZ