XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yükək Liqa: “Azərreyl”dən qələbə
İdman 22:59 / 12.04.2023

Bu gün Voleybol Mərkəzində qadınlar arasında Yüksək Liqanın bürünc və qızıl medalları uğrunda ilk oyunlar keçirilib. Günün birinci matçı çempionluq üçün yarışan "Azərreyl" və "Abşeron" klubları arasında olub. Uzatmaya qədər davam edən ilk setdə "Azərreyl" 26:24 hesabı ilə üstün olub. "Abşeron" klubu ikinci hissədə çox çalışsa da set yenə Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb - 25:22. Növbəti hissədə tam təşəbbüsə yiyələnən "Azərreyl" 25:13 hesabı ilə qalib gəlib. Beləliklə, çempionluq uğrunda ilk matçı "Azərreyl" 3:0 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. Sonra meydana üçüncülük üçün mübarizə aparan "Murov" və UNEC kollektivləri çıxıblar. Bu qarşılaşma da 3 hissə davam edib. Vüqar Əliyevin yetirmələri setlərdə müvafiq olaraq 25:14, 25:12 və 25:16 hesabları ilə qalib gələrək oyunu quru hesabla öz xeyrlərinə başa vurublar. Bununla da "Murov" bürünc medal uğrunda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparırlar.


22844 oxunub

InvestAZ