XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda təşkil olunacaq MINEPS VII-yə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib
İdman 15:21 / 12.04.2023

Bu il iyunun 26-dan 29-dək Bakıda keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS VII) hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyəti barədə məlumat verib.

O bildirib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində iştirak edəcəyi MINEPS VII YUNESKO-nun idman sahəsi ilə bağlı beynəlxalq konfransıdır.

Martda YUNESKO-nun Parisdəki qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu xatırladan nazir əlavə edib ki, hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsi nəzdində işçi qrup fəaliyyət göstərir və tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koordinasiya olunur.

İclasda MINEPS VII-yə hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev martın 11-də "Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.


23305 oxunub

InvestAZ