XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqa: Növbəti final oyunlarının vaxtları müəyyənləşdi
İdman 14:16 / 12.04.2023

Sabah kişi voleybolçuların Yüksək Liqasında ikinci bürünc medal və final matçları keçiriləcək. Çempionluq üçün yarışan "Xarı bülbül" və "Murov" komandaları saat 16:00-da, üçüncülük uğrunda mübarizə aparan "Neftçi" və MOİK klubları isə iki saat sonra meydana çıxacaqlar.Birincilərin ilk qarşılaşmasında "Murov" 3:1, ikincilərdə isə "Neftçi" 3:0 hesabı ilə qələbə qazanaraq üstünlük əldə ediblər.

Qadın voleybolçuların növbəti üçüncülük uğrunda və final matçları aprelin 14-də keçiriləcək. İlk olaraq "Abşeron" və "Azərreyl" çempionluq yolunda yarışacaqlar. Görüş saat 15:00-da start götürəcək. Ardınca isə bürünc mükafatçını müəyyənləşdirməyə çalışan UNEC və "Murov" kollektivləri meydana çıxacaqlar. Bu komandaların ilk qarşılaşmaları bu gün baş tutacaq.

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.



23185 oxunub

InvestAZ