XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya prezidenti bölgələrdə cüdo bölmələrinə baxış keçirib
İdman 10:04 / 12.04.2023
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Goranboy Olimpiya İdman Kompleksinin nəzdində yaradılan cüdo bölməsinə və Naftalanda fəaliyyət göstərən cüdo təlim mərkəzinə baxış keçirib. Goranboyda keçirilən baxış zamanı rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov da iştirak edib və yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, hazırda cüdo bölməsində 60, ümumilikdə Goranboy rayonunda isə 200-ə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur.

Qonaqlar 15 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlaşan region cüdoçularının təlim-məşq prosesini izləyiblər. ACF tərəfindən təşkil edilən təlim-məşq toplanışında Naxçıvan, Gəncə, İsmayıllı, Şamaxı, Zaqatala, Qusar, Quba, Ucar, Yevlax, Mingəçevir, Masallı və digər regionlardan 50-yə yaxın cüdoçu iştirak edir.

Daha sonra ACF-nin prezidenti R.Nəbiyev Naftalan şəhərində fəaliyyət göstərən cüdo bölməsinə baxış keçirib. Görüşdə icra hakimiyyətinin başçısı Vüqar Novruzov da iştirak edib.

Məlumat verilib ki, hazırda cüdo bölməsində 100-dən artıq gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur.

Görüşlər zamanı ACF prezidenti R.Nəbiyev region idmançıları üçün mövcud olan şəraitin yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparıb, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ACF-nin dəstəyi ilə cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan "Taishan” firmasının tatamiləri ilə təchiz olunub.



23057 oxunub

InvestAZ