İdman 08:15 / 12.04.2023
UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin oyunlarına start verilib.Yarışınilk oyun günündə iki qarşılaşmatəşkil olunacaq.Portuqaliyanın "Benfika” klubu doğma meydanda İtaliyanın "İnter” komandasını sınağa çəkib. "İnter" bu qarşılaşmada inamlı qələbə qazanmaqla cavab matçı öncəsi üstünlüyü ələ alıb - 2:0.
Günün ən maraqlı görüşü isə İngiltərədə "Mançester Siti” ilə Almaniya nəhəngi "Bavariya” arasında təşkil olunub. Mançester təmsilçisi matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Komandalar arasında cavab qarşılaşması aprelin 19-da təşkil olunacaq. Dörddəbir final mərhələsinin digər iki ilk oyunu bu gün keçiriləcək. Belə ki, "Çelsi" İngiltərədə "Real Madrid"i qəbul edəcək. "San Siro" stadionunda isə İtaliya təmsilçiləri - "Milan" və "Napoli" üz-üzə gələcəklər.