XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçimiz bu gün beynəlxalq turnirdə mübarizəyə başlayır
İdman 11:20 / 11.04.2023

Bu gün Monteneqronun Podqoritsa şəhərində stolüstü tennis üzrə "WTT youth star contender" beynəlxalq turnirinə start veriləcək. 30-a yaxın ölkəni təmsil edən idmançıların iştirak edəcəyi yarışda milli komandamızın iki üzvü bacarığını göstərəcək. Turnirdə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova və Adil Əhmədzadə qüvvəsini sınayacaq. Reqlamentə görə bu gün və sabah qızlar fərdi yarışları keçiriləcək. Aprelin 13-də isə qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək. Aprein 14-ü və 15-də isə oğlanlar qalib adı uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilmiş anoloji yarışda bürünc medala layiq görülüb.


27012 oxunub

InvestAZ