XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə cüdoçularımız Avropa kubokunda birinci oldular
İdman 10:11 / 10.04.2023

Çexiyanın Teplis şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib. 39 ölkədən 920 (554 oğlan, 366 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Yığmamız yarışda 28 (20 oğlan, 8 qız) cüdoçu ilə təmsil olunub. Komandamız turnirdə uğurla çıxış edərək 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Azərbaycan yığması bu nəticə ilə yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub. Turnirin ilk günü 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb. Qızlar arasında -48 kq çəkidə Vüsalə Hacıyeva və -52 kq çəkidə Xədicə Qədəşova bürünc medal qazanıb. -52 kq çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva yarışı 7-ci yerdə başa vurub. Oğlanlar arasında -55 kq çəkidə final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. -60 kq çəkidə Məhəmməd Musayev və -66 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə daha 3 qızıl medal yazdırıblar. Hüseyn Eyvazlı (81 kq) bürünc medala sahib olub.


21548 oxunub

InvestAZ