XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatında tarixi nəticə qazanan sablyaçılarımız Vətənə qayıdıblar
İdman 11:13 / 05.04.2023

Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan sablyaçıları Vətənə qayıdıb. Qılıncoynadanlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, yarışda Azərbaycanı 4 sablyaçı təmsil edib. Zərifə Hüseynova qızların şəxsi yarışında gümüş medal qazanaraq tarixi uğura imza atıb. Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov isə mundialı medalsız başa vurublar.


21599 oxunub

InvestAZ