XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında 24-cü tura start verildi
İdman 09:28 / 05.04.2023

Azərbaycan Basketbol Liqasında (ABL) XXIV turun oyunlarına start verilib. Açılış oyununda "Sərhədçi" komandası region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 94:91 hesablı çətin qələbəsi ilə yekunlaşıb. Oyunda ən məhsuldar basketbolçular "Sərhədçi"dən Maksvel Starvud (35 xal, 7 ribaund), "Olimpik Şəki"dən isə Davante Kuper (29 xal, 5 ribaund) olub.

Günün ikinci matçı "Neftçi" və "Sabah" basketbolçuları arasında keçirilib. "Sabah” rəqibinə 80:68 hesabı ilə qalib gəlib.

Qarşılaşmada "Neftçi"dən Mohsen Moradxani (23 xal, 16 ribaund), "Sabah"dan isə Kamran Məmmədov (19 xal, 7 ribaund) ən məhsuldar basketbolçular olub.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Zirvə Astara" - NTD və "AAAF Xırdalan" - "Gəncə" görüşləri ilə yekun vurulacaq.


23552 oxunub

InvestAZ