XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



«Zadəganlar» xeyli ziyana düşdülər
İdman 11:23 / 04.04.2023
"Çelsi” istefaya göndərdiyi baş məşqçisi Qrem Potterə təxminən 13 milyon funt-sterlinq təzminat ödəyəcək. Bu barədə "Daily Mail” məlumat yayıb. Bildirilib ki, London təmsilçisi 9 ayda məşqçilərə xərclədiyi ümumi məbləğ 50 milyon funt-sterlinqi keçib.
Potter və köməkçilərinin "Brayton”dan alınması rekord məbləğə - 22 milyon funt-sterlinqə başa gəlib. Londonluların baş məşqçisi olduğu 7 ay ərzində ingilis mütəxəssis təxminən 7 milyon funt-sterlinq qazanıb.
Bundan əlavə, "Çelsi" sentyabrda qovulan Tomas Tuhelə 10 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, Potter bir neçə gün əvvəl istefaya göndərilib.


21478 oxunub

InvestAZ