XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə badmintonçularımızdan yüksək nəticə
İdman 12:30 / 03.04.2023

Azərbaycanın yeniyetmə badmintonçuları İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq "PACK LINE Israel Youth 2023” turnirində 4 qızıl, 1 gümüş medal qazanıblar. Turnirdə ən yaxşı nəticəni Leyla Camalzadə göstərib. O, 15 yaşadək badmintonçuların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb. Badmintonçumuz 2022-ci ildə Serbiyada keçirilən beynəlxalq "Youth International” turnirində də fəxri kürsüdə yer almağı bacarıb.

Şəxsi yarışda qrup mərhələsində keçirdiyi bütün görüşlərini qələbə ilə başa vuran Leyla Camalzadə uğurlu çıxışın davamını pley-offda da gətirib. Badmintonçu yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclü olub.

Leyla Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib başa vurublar. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada onlar mütləq nəticə ilə qrupda birinci yerə layiq görülüblər.

15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olublar. Əli Gözəlov - Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıblar.

Daha 1 qızıl medalı Azərbaycanın hesabına 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb.

13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə ediblər.

Qeyd edək ki, İsrailə əvvəlcədən yollanan yeniyetmə badmintonçular məşqçi Yevgen Poçtaryovun rəhbəriyi altında Aşdod şəhərində təlim-məşq toplanışında iştirak ediblər.


21671 oxunub

InvestAZ