XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkənimiz İtaliyada fərqləndi
İdman 12:02 / 03.04.2023

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. O, bu uğura İtaliyada təşkil edilən "Paolo d’Aloja” memorialında nail olub.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə təşkil edilən beynəlxalq reqatada D.Dımçenko bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Final yürüşündə isə idmançı ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.

Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə geri qalıb.


21331 oxunub

InvestAZ