XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımız Avstriyadan uğurlu nəticələrlə qayıdırlar
İdman 11:38 / 03.04.2023

İnsbrukda keçirilən taekvondo üzrə açıq Avstriya çempionatına yekun vurulub. Azərbaycan millisi G1 kateqoriyalı beynəlxalq yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub. Böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çempionatda çıxış edən yığmamızın üzvü Cavad Ağayev (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda 1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçuya qalib gələrək, Avstriyada Azərbaycan himnini səsləndirib.

Komandamızın aktivinə digər mükafatı Taleh Süleymanov (87 kq) yazdırıb. Reytinqinə görə ilk mərhələdən azad olan idmançımız mübarizəyə səkkizdəbir finalda Polşa təmsilçisi ilə başlayıb. İnamlı qələbə qazanan T.Süleymanov daha sonra Qazaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşüb və rəqib qələbə qazandığından təmsilçimiz bürünc medala sahib çıxıb.


22284 oxunub

InvestAZ