XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Güllə atıcıları ölkə çempionatında bir araya gəliblər
İdman 21:37 / 01.04.2023

Aprelin 1-də Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə ölkə çempionatı keçirilib. Çempionatda 6 kişi və 3 qadın olmaqla ümumilikdə 9 idmançı iştirak edib.

Yarışın açılış mərasimində çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarışın keçirilməsində məqsəd milli komandanı formalaşdırmaq və qarşıdan gələn yarışlara hazırlaşmaq olduğunu deyib.

Qeyd edib ki, güllə atıcılarımız Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməyə iddialıdırlar.

Sonra komitə prezidenti Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, idmançılara yarışda və qarşıdan gələn Avropa və dünya çempionatlarında uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva öz növbəsində güllə atıcılarını mövsümün ilk yarışı münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 563 xal ilə Kamran Zeynalov birinci yeri tutub. Aybəniz Babayeva 546 xalla gümüş, Yelena Taranova isə 542 xalla bürünc medala sahib olub.



22992 oxunub

InvestAZ