XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Qran-Prisini yeni formatda keçirilə bilər
İdman 09:49 / 03.04.2023

2023-cü il mövsümündə Bakı, Şpilberq, Spa, Qətər, Ostin və San-Pauloda cümə təsnifatı və şənbə sprinti formatında altı mərhələnin keçirilməsi planlaşdırılır. Formula 1-in "Liberti Media”dan olan sahibləri komandalara yürüş uik-endinin sprintlə yeni formatını təklif ediblər.

Yeni formatda iki ayrı-ayrı təsnifatın keçirilməsi nəzərdə tutulub. Cümə günündə əsas bazar günü yürüşünün start mövqeyinin müəyyən ediləcəyi bir məşq və təsnifat planlaşdırılır. Bu təsnifatın qalibi poulun sahibi hesab olunacaq, nəticələr isə şənbə sprintinin startında maşınların düzülüşündə nəzərə alınmayacaq.

Şənbə günü məşqini ikinci təsnifat əvəz edəcək. Bu təsnifatda sprintdə start mövqeləri və sprintin özü müəyyən ediləcək.

Formula 1 aprelin sonunda Azərbaycan Qran-Prisini yeni formatda keçirmək istəyir. Bunun üçün iki həftədən sonra reqlamentə müvafiq dəyişikliklər edilməsi üzrə elektron səsverməsinin keçirilməsi planlaşdırılır. "Liberty Media” artıq komandaların dəstəyini alıb, lakin "Pirelli” ilə potensial problemlər meydana çıxa bilər.

İtaliyanın şin istehsalçısı artıq Bakıya lazım olan miqdarda şin komplektləri göndərib və əlavə rezinlərin hazırlanması və göndərilməsindən imtina edir. Formula 1-də bu problemi həll etmək üçün hər bir yürüşçünün standart olaraq 12 şin komplekti ilə təmin edilməsi məqsədilə bir sıra variantlar təklif edirlər.

Variantlardan biri hər bir pilotun yalnız bir sürətli dairə qət edə biləcəyi şənbə təsnifatının başqa formatıdır. Digər variantda cümə təsnifatının hər üç sessiyasından birində məsafənin iki dəfə azaldılması təklif edilir. Daha bir seçim pilotun hər bir sessiyada istifadə edə biləcəyi komplektlərin sayının məhdudlaşdırılmasıdır.

Hələ ki, yekun qərar qəbul edilməyib və danışıqlar davam edir.



20772 oxunub

InvestAZ