Türkiyənin Antalya şəhəri idman gimnastikası üzrə gənclər arasında dünya çempionatına ev sahibliyi edib.Dünyanın 65 ölkəsindən 300ən güclü gənc gimnastın toplaşdığı Antalya Gimnastika Salonunda çempion titulu uğrunda gedən gərgin mübarizədə Azərbaycan təmsilçiləri də yer alıblar.Yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, Anar Həsənov, qadınlar arasında Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil edib.
Çempionatda idmançılar ayrı-ayrı alətlər üzrə fərdi və çoxnövçülük proqramında, eləcə də komanda yarışlarında qüvvələrini sınayıblar.
Qeyd edək ki, ilk dəfə dünya çempionatı həyəcanı yaşayan gənc gimnastlarımız təsnifat mərhələsində müxtəlif alətlərdə çıxışlarını icra ediblər.
Qarşıda böyükyaşlı idman gimnastlarımızıaprelin
11-16-da
eyni şəhərdə keçiriləcək Avropa çempionatı gözləyir.
21876 oxunub