XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qadağa qüvvədə qaldı
İdman 20:15 / 26.03.2023

Beynəlxalq Xokkey Federasiyası Şurası Rusiya və Belarus yığmalarının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı qüvvədə saxlayıb. Nəticədə iki ölkənin xokkey yığması 2023/24 mövsümündə olacaq yarışlarda iştirak edə bilməyəcəklər. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Şura Rusiya və Belarus komanda və klublarının təşkilatın himayəsi altında keçirilən yarışlara qayıtması ilə bağlı təhlükəsizlik risklərini nəzərdən keçirib.

Riskin qiymətləndirilməsi əsasında Beynəlxalq Xokkey Federasiyasının İdarə Heyəti müəyyən edib ki, Rusiya və Belarus yığmalarının geri qayıtması hələlik təhlükəsiz deyil. Beləliklə, Rusiya və Belarus milliləri 2023/24 mövsümünü buraxacaqlar.

Qeyd edək ki, 2022-ci ilin fevralında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyalara Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda iştirakına qadağa qoymağı tövsiyə edib.


23175 oxunub

InvestAZ