XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Deportivo” və “Levante” üçün şad xəbər
İdman 13:37 / 27.03.2023

İspaniya Kral Futbolu Federasiyasının qərarı ilə, cəmi 1 dəfə keçirilən və 1912-ci ildə təşkil olunan İspaniya kuboku turniri "Deportivo” klubunun lehinə, 1937-ci il Müstəqil İspaniya Kuboku turniri isə "Levante” klubunun lehinə rəsmi olaraq sayılıb və hər iki klubun aktivinə 1 rəsmi kubok yazılıb.

"Barselona” rəhbərliyi isə 1936/37 mövsümündəki "Aralıq dənizi liqası" turnirinin rəsmi olaraq sayılması üçün rəsmi müraciət yollayıb. Belə ki, həmin mövsümdə İspaniya vətəndaş müharibəsinə görə La Liqa keçirilmədiyi üçün, 8 klubun iştirakı ilə "Aralıq dənizi liqası" keçirmişdi. Bu klublar "Barselona”, "Espanyol”, "Jirona”, "Valensiya”, "Levante”, "Gimnastiko, Granollers”, "Atletiko Kastellon” klubları idi. 14 oyunluq mövsümü isə "Barselona” klubu çempion kimi başa vurmuşdu. Əgər katalonların bu istəyi qəbul edilərsə, onların aktivinə daha bir liqa kuboku yazılmalı və 27-ci liqa çempionluğu qeyd edilməlidir.


24324 oxunub

InvestAZ