XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimiz Türkiyədə uğurla çıxış ediblər
İdman 14:08 / 26.03.2023

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçirilən "Pro-Tur” yarışında mübarizə aparıblar. Antalyada təşkil olunan turnirdə 10 idmançımız bacarığını nümayiş etdirib. Təmsilçilərimiz turnirdə uğurla çıxış edərək mükafatçılar sırasında yer alıblar. Stolüstü tennisçilərimizdən Yağmur Məmmədli beynəlxalq turnirin gümüş mükafatını qazanıb. Yarışın qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı 1/4 finalda Duru Kırbacı, yarımfinalda isə Gülce Dönməzi mübarizədən kənarlaşdırıb. Finalda isə Nil Basarana uduzan Yağmur turnirin gümüş mükafatına layiq görülüb.

Digər stolüstü tennisçimiz Mərziyyə Nurmətova isə bürünc mükafata layiq görülüb. Yarışın qrup mərhələsində Almaniya və Türkiyə idmançılarını üstələyən M.Nurmətova səkkizdəbir finalda türkiyəli rəqibini, ardınca komanda yoldaşı Aylin Əsgərovanı mübarizədən kənarlaşdırsa da, yarımfinalda Çin Taypeyi idmançısına uduzaraq bürünc medalla kifayətlənib.

Komandamıza növbəti bürünc medalı Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında qazandırıb. Səkkizdəbir finalda Türkiyəni təmsil edən Nehir Çinar - Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca Elif Akyürek – Ahmed Gülenler (Türkiyə) cütlüyünü də mübarizədən kənarlaşdırıblar.

Yarımfinalda yerli Görkem Ocal - Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə ediblər.


21742 oxunub

InvestAZ