XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranımız dünya birinciliyində mübarizə apardı
İdman 19:05 / 26.03.2023

Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçirilir. 60-dan çox ölkədən 322 (166 kişi, 156 qadın) atletin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar.

Ağırlıqqaldıranlarımızdan ilk olaraq körpücük üzərinə Dəniz Cabbarlı çıxıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 92 kq, təkanla qaldırma hərəkətində isə 113 kq-ı ram edib.

Ümumilikdə 205 kq (92+113) nəticə göstərən atletimiz yekun sıralamada 7-ci yeri tutub.


22368 oxunub

InvestAZ