XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız “Böyük dəbilqə” turnirini iki medalla başa vurdular
İdman 21:46 / 26.03.2023

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib. 61 ölkədən 419 (221 kişi, 198 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda 13 (9 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunub. Təmsilçilərimiz yarışı 1 qızıl və 1 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalı 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov qazandırıb. Cüdoçumuz həlledici görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Bürünc medala isə qadınların yarışında mübarizə aparan Gültac Məmmədəliyeva (52 kq) sahib çıxıb. Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Çin idmançısı Yeqinq Jun ilə üz-üzə gəlib. Rəqibini məğlub edən G.Məmmədəliyeva turniri üçüncü pillədə başa vurub.


21709 oxunub

InvestAZ