XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastlarımız Moskvada uğurla çıxış ediblər
İdman 20:26 / 23.03.2023
Martın 11-dən 14-dək Rusiya Federasiyasının Moskva şəhərində İrina Viner-Usmanovanın Gimnastika Sarayında "Qazprom uşaqlara” proqramı çərçivəsində bədii gimnastika üzrə "Alina Kabayevanın Qazprom ÇEMPİONLAR KUBOKU-Moskva Qran Pri 2023  keçirilmişdir.
        Bədii gimnastika üzrə Moskva Qran Prisi artıq iyirmi altıncı dəfədir ki, keçirilir.  2023-cü ilin yaz mövsümündə təşkil olunan beynəlxalq turnirdə 14 ölkənin - Rusiya, Belarus, Azərbaycan, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Cənubi Koreya, BƏƏ, Suriya, Slovakiya gimnastika klublarını təmsil edən idmançılar iştirak edirdilər. 
        Yarışda 200-dən çox gimnast mübarizə aparırdı. Onlar arasında Rusiya millisinin liderləri Dina Averina, Lala Kramarenko, qrup hərəkətlərində Rusiya komandası və milli komandanın digər üzvləri də var idi.  
         Turnirdə Azərbaycanı təmsil edən  "Spartak” İdman Klubunun gimnastları Yusifova Melissa - 1 qızıl medal (çoxnövçülük üzrə), Məlikova Məryəm - 1 gümüş (alətsiz), İşmuratova Sultana - 3 qızıl (çoxnövçülük, alətsiz, klub üzrə), Dusalina Samira 1 qızıl (çoxnövçülük üzrə) Baxtakova Alexandra  1 qızıl (alətsiz), Şahmayeva Samina 2 gümüş və 1 bürünc (çoxnövçülük, alətsiz və gürzlər üzrə), Dmitrieva Eleonora - 1 qızıl,  1 gümüş və 1 bürünc (çoxnövçülük, alətsiz, halqa üzrə) medallar qazandılar. Ümumilikdə gimnastlarımız 7 qızıl, 3 gümüş, 2 bürünc medallarla turnirin qalibi olaraq Dövlət himnimizin səslənməsinə, Dövlət bayrağımızın beynəlxalq arenada dalğalanmasına nail oldular. İdmançıların bütün  bu nailiyyətləri əməkdar məşqçilər Nurlana Əlizadənin və Natalya Nərimanovanın səyləri nəticəsindən irəli gəlir. Gimnastlarımıza gələcəkdə uğurlar arzulayırıq.

28410 oxunub

InvestAZ