XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Namiq Abdullayev yığma komandanın baş məşqçisi vəzifəsindən ayrıldı
İdman 17:18 / 15.03.2023

Güləş üzrə Azərbaycan yığmalarında yeni təyinatlar olub. Azərbaycan Güləş Federasiyasından (AGF)verilən məlumata görə, bununla bağlı qərar qurumun ofisində keçirilmiş iclasda qəbul edilib. Namiq Abdullayev AGF-in İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda bu idman növünün inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə ölkədə sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq millinin baş məşqçisi vəzifəsindən ayrılıb. Bu posta yığmanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

AGF rəhbərliyi 2020-ci ilin sentyabrından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirib və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayıb.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik baş tutub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığmaları çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

AGF rəhbərliyi 2021-ci ilin oktyabrından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib.

Qeyd edək ki, federasiyanın mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.


26084 oxunub

InvestAZ